Xəbərlər


Yaxın günlərə olan hava proqnozu

27 İyun 2021, 13:00

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 28-dən 29-na keçən gecədən başlayaraq iyulun 1-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 10-15 m/s, arabir 18 m/s, iyunun 30-u və iyulun 1-də yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5 dərəcə enəcək.

İyunun 29-u axşamdan iyulun 2-dək Azərbaycanın bəzi şimal və qərb rayonlarında əsasən axşam və gecə saatlarında şimşək çaxacağı, arabir lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, küləyin sürəti 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5 dərəcə enəcək.