Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
08 May 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-100, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan MR çaylarında isə ongünlük normanın 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Mayın 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 295 m3/s olmaqla ongünlük normanın 41 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər çox olmaqla 385 m3/s və ongünlük normanın 53 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 103 m3/s olmaqla, ongünlük normanın 52 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər az olmaqla 96 m3/s təşkil edərək ongünlük normanın 48 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mayın 08-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 6, Salyanda 10, Bankədə 13 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 330 sm (2013-cü il mayın 08-də 361 sm), Şirvanda 179 sm (2013-cü il mayın 08-də 222 sm), Salyanda 113 sm (2013-cü il mayın 08-də 175 sm), Bankədə 205 sm (2013-cü il mayın 08-də 218 sm), Araz çayının Novruzlu məntəqəsində isə 38 sm (2013-cü il mayın 08-də 87 sm) təşkil edir.