
15 aprel - ekoloji biliklər günüdür
15 Aprel 2021, 10:40
Hər il aprelin 15-i dünyanın bir çox ölkəsində ekoloji biliklər günü kimi qeyd olunur. 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin ətraf mühitin problemlərinin müzakirə olunduğu konfransında bəşəriyyətin davamlı inkişafı üçün dünyanın bütün ölkələrinin əhalisinin ekoloji təhsilinin böyük əhəmiyyəti vurğulanıb.
Bu günün təsis olunmasının əsas məqsədi ekoloji biliklərin yayılması və əhalinin ekoloji mədəniyyətinin formalaşması, ekoloji təhlükəsizlik sahəsində görülən işlər və ətraf mühitin vəziyyəti haqqında ictimaiyyətin məlumatlandırılmasıdır.