Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
28 Aprel 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-130, Kiçik Qafqazın çaylarında 50-100, Lənkəran-Astara bölgəsi çaylarında 10-20, Naxçıvan MR çaylarında isə ongünlük normanın 30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Aprelin 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 38 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 600 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 300 m3/s və ongünlük normanın 42 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 160 m3/s olmaqla, ongünlük normanın 90 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 127 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 10 sm artım, Bankədə 5 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 345 sm (2013-cü il aprelin 28-də 443 sm), Şirvanda 199 sm (2013-cü il aprelin 28-də 332 sm ), Salyanda 122 sm (2013-cü il aprelin 28-də 280 sm ), Bankədə 197 sm (2013-cü il aprelin 28-də 235 sm), Araz çayının Novruzlu məntəqəsində isə 82 sm (2013-cü il aprelin 28-də 187 sm) təşkil edir.