Xəbərlər

22 aprel “Beynəlxalq yer günü» çərçivəsində Azərbaycan Turizm İnstitutunda gənclərin ətraf mühit sahəsində maarifləndirilməsi məqsədi ilə tədbir keçirilmişdir

22 Aprel 2014, 00:00

22 aprel “Beynəlxalq yer günü» ilə əlaqədar Azərbaycan Turizm İnstitutunda təhsil alan tələbələrin ətraf mühit və təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması məqsədi ilə tədbir keçirilmişdir.

Görüş Ekologiya Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Turizm İnstitutu tərəfindən qarşılıqlı əməkdaşlıq çərçivəsində yaradılmış “Ekoklub”un təşkilatçılığı ilə baş tutmuşdur.
Görüşdə sözügedən İnstitutun rəhbərliyi, həmçinin müəllim və tələbə kollektivi iştirak etmişdir.

Tədbir iştirakçılarına ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, Azərbaycan Respublikasının ekoloji vəziyyəti, istehsalat və məişət tullantılarının idarə olunması, yaşıl iqtisadiyyat və davamlı inkişaf, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi, işğal olunmuş ərazilərdə ətraf mühitə dağıdıcı təsirin müəyyənləşdirilməsi və s. mövzularda geniş informasiya verilmiş, həmçinin tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Məlumat üçün qeyd edək ki, “Ekoklub”ların yaradılmasının əsas məqsədi ətraf mühit və təbii sərvətlərin mühafizəsinin təbliği, həmçinin, Nazirliyin gələcəkdə yüksək ixtisaslı kadr heyətinin formalaşdırılması, ali təhsil müəssisələrinin ətraf mühit sahəsində təhsil alan tələbələri ilə daimi əlaqənin yaradılması və təbliğat sahəsində geniş şəbəkənin formalaşdırılmasından ibarətdir.