Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
21 Aprel 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-130, Kiçik Qafqazın çaylarında 20-100, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan MR çaylarında isə ongünlük normanın 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Aprelin 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 370 m3/s olmaqla ongünlük normanın 52 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər çox olmaqla 426 m3/s və ongünlük normanın 60 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 104 m3/s olmaqla, ongünlük normanın 58 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 146 m3/s təşkil edərək ongünlük normanın 82 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 6 sm azalma, Bankədə 3 sm artım qeydə alınıb, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 312 sm (2013-cü il aprelin 21-də 412 sm), Şirvanda 153 sm (2013-cü il aprelin 21-də 282 sm), Salyanda 84 sm (2013-cü il aprelin 21-də 205 sm), Bankədə 194 sm (2013-cü il aprelin 21-də 211 sm), Araz çayının Novruzlu məntəqəsində isə 38 sm (2013-cü il aprelin 21-də 110 sm) təşkil edir.