Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

18 Aprel 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-160, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan MR çaylarında isə ongünlük normanın 30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Aprelin 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 330 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər çox olmaqla 435 m3/s və ongünlük normanın 58 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla, ongünlük normanın 65 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 142 m3/s təşkil edərək ongünlük normanın 85 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda və Salyanda 8, Bankədə 2 sm azalma qeydə alınıb, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 316 sm (2013-cü il aprelin 18-də 365 sm), Şirvanda 159 sm (2013-cü il aprelin 18-də 213 sm), Salyanda 87 sm (2013-cü il aprelin 18-də 160 sm), Bankədə 191 sm (2013-cü il aprelin 18-də 208 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2013-cü il aprelin 18-də 93 sm) təşkil edir.