Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
07 Aprel 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-120, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 40-60, Naxçıvan MR çaylarında isə ongünlük normanın 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Aprelin 07-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 156 m3/s olmaqla ongünlük normanın 33 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm üç dəfə çox olmaqla 510 m3/s və ongünlük normanın 109 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 73 m3/s olmaqla, ongünlük normanın 53 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 122 m3/s təşkil edərək ongünlük normanın 88 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 07-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 4, Salyanda 5, Bankədə 20 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 329 sm (2013-cü il aprelin 07-də 356 sm), Şirvanda 181 sm (2013-cü il aprelin 07-də 209 sm ), Salyanda 120 sm (2013-cü il aprelin 07-də 157 sm ), Bankədə 197 sm (2013-cü il aprelin 07-də 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 75 sm (2013-cü il aprelin 07-də 105 sm) təşkil edir.