Respublika çaylarında yaz-yay gursululuq dövrünün axım proqnozu
07 Aprel 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə aparılmış qarölçmə işlərinin nəticələri, eyni zamanda aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla Respublikanın çaylarında
aprel, may, iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozu hazırlanıb. Hər il sistematik olaraq hazırlanan yaz gursululuğunun və çaylarda daşqın hadisələrinin axım proqnozu əhaliyə, infrastrukur sahələrə dəyə biləcək ziyanların minimuma endirilməsində, müxtəlif məqsədlərlə sudan istifadədə, o cümlədən su anbarlarında səviyyənin tənzimlənməsində, enerji istehsalının, suvarmanın, su təchizatının balanslı təşkil edilməsində böyük əhəmiyyətə malikdir.
Qeyd edək ki, fevral ayının ikinci ongünlüyünün ayrı-ayrı günlərində havanın maksimal temperaturunun dağlıq rayonlarda 12-15, bəzi dağətəyi rayonlarda 13-18 dərəcəyədək, mart ayında isə dağlıq rayonlarında 16-18, bəzi dağətəyi rayonlarda 19-21 dərəcəyədək yüksəlməsi müşahidə olunub, bu da qarın əriməsinə və qar örtüyünün azalmasına səbəb olub.
Bu il çay hövzələrində aparılan qarölçmə işlərinin nəticəsinə görə Böyük və Kiçik Qafqaz bölgələrinə yağan qar çoxillik normadan orta hesabla 37 faiz, keçən il ilə müqayisədə isə 54 faiz az olub. Belə ki, qar xəttinin aşağı sərhəddi 2013-cü ildə dəniz səviyyəsindən orta hesabla 1678 m hündürlükdən keçirdisə, bu il 2179 m hündürlükdən keçib.
Aprel-iyun ayları üçün gursululuq dövrünün proqnozu
Transsərhəd çaylar üzrə:
Kür çayından Şəmkir su anbarına axımın normanın 52-66, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 55-82, Araz çayından Araz su anbarına axımın isə normanın 30-47 faizini təşkil edəcəyi gözlənilir.
Respublikanın dağ çayları üzrə:
Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında sululuğun normanın 70-111, şimal-şərq (Quba-Xaçmaz) yamacı çaylarında normanın 51-85, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy) çaylarında 38-77, Naxçıvan MR çaylarında 35-83, Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 36-75 faizini təşkil edəcəyi gözlənilir.
Bu il qar ehtiyatının normadan az olmasına və yağıntının normadan az gözlənilməsinə baxmayaraq gursululuq dövründə, xüsusən də may və iyun aylarının ayrı-ayrı günlərində leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın cənub-qərb yamacının (Balakənçay, Talaçay, Kürmükçay, Şinçay, Kişçay), şimal-şərq yamacının (Qusarçay, Qudiyalçay, Vəlvələçay), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Şəmkirçay, Qoşqarçay) və Naxçıvan MR-nın (Naxçıvançay, Gilançay, Əlincəçay) çaylarından qısamüddətli daşqınların keçəcəyi gözlənilir.
2014-cü ilin gursululuq proqnozuna dair xüsusi qeydlər
”¢ Bu il respublikanın daxili çay hövzələri ilə yanaşı Gürcüstan (Kür və Qanıx hövzələri) və Türkiyə (Kür və Araz hövzələri) ərazisində də suvermə qabiliyyətinə malik qar su ehtiyatı 2013-cü ilə və çoxillik normaya nisbətən azdır;
”¢ 2014-cü ilin mart ayının 3-cü ongünlüyündə Kür və Araz çaylarının aşağı axınında faktiki səviyyə göstəriciləri keçən ilin müvafiq dövrünə nisbətən müxtəlif məntəqələr üzrə orta hesabla 50 sm aşağıdır;
”¢ Beləliklə, keçən il ilə müqayisədə bu ilin qışında yağıntıların az düşdüyünü və yaz yağıntılarının normaya yaxın və az gözlənildiyini nəzərə alaraq aparılan hesablamalara və kompleks məlumatların təhlilinə əsasən bu ilin gursululuq dövründə Respublikanın daxili çaylarında sululuğun normaya yaxın və normadan az, iri tranzit çaylarında isə normadan az olacağı gözlənilir.