Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

04 Aprel 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ölkə ərazisində yağan yağış və yağışın Lənkəran-Astara bölgəsində intensiv olması nəticəsində çaylarda, xüsusən də Lənkəran-Astara bölgəsi çaylarında sululğun artımı müşahidə olunub.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-120, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi çaylarında 80-100, Naxçıvan MR çaylarında isə ongünlük normanın 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Aprelin 04-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 170 m3/s olmaqla ongünlük normanın 36 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm iki dəfə çox olmaqla 379 m3/s və ongünlük normanın 81 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 73 m3/s olmaqla, ongünlük normanın 53 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 114 m3/s təşkil edərək ongünlük normanın 83 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 04-də Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Salyanda 12 sm artım, Bankədə isə 8 sm azalma qeydə alınıb, Surrada və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 357 sm (2013-cü il aprelin 04-də 349 sm), Şirvanda 205 sm (2013-cü il aprelin 04-də 195 sm), Salyanda 125 sm (2013-cü il aprelin 04-də 150 sm), Bankədə 207 sm (2013-cü il aprelin 04-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 45 sm (2013-cü il aprelin 04-də 95 sm) təşkil edir.