Xəbərlər

24 may "Avropa parkları günü”dür

22 May 2020, 18:10

1999-cu ildən başlayaraq hər il 24 may tarixi “Avropa parkları günü” kimi qeyd olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədovanın bildirdiyinə görə,
təbiət parkları və xüsusi mühafizə altında olan ərazilər üçün əlamətdar olan builki 24 may tarixi ölkəmizin qorunan təbiət əraziləri tarixində mühüm hadisə ilə yadda qalacaq.
"Bu il Azərbaycanda, eləcə də Cənubi Qafqazda ilk qorunma statusu verilən və 1910-cu ildə yaradılan “Eldar şamı botaniki yasaqlığı”nın, indiki Eldar şamı Dövlət Təbiət Qoruğunun 110 yaşı tamam olur.
"Qeyd edək ki, Eldar şamı dünyada yalnız Azərbaycanın qərb hissəsində, Samux rayonu ərazisində təbii şəkildə yayılıb və
Azərbaycanın relikt, endemik növüdür.
A.Səmədova bildirib ki, "Avropa parkları günü” və Eldar şamı Dövlət Təbiət Qoruğunun 110 illiyi münasibətilə milli park və qoruqların ərazisində simvolik olaraq Eldar şamı ağacları əkilib.