Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

31 Mart 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-150, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 20-25, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Martın 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 257 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2013-cü ildə bu göstərici təqribən eyni olmaqla 258 m3/s və ongünlük normanın 85 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 71 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici iki dəfə çox olmaqla 126 m3/s təşkil edərək ongünlük normanın 113 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Martın 31-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 16, Şirvanda 13, Salyanda 3, Araz çayının Novruzlu məntəqəsində 4 sm artım, Bankədə isə 34 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 302 sm (2013-cü il martın 31-də 351 sm), Şirvanda 143 sm (2013-cü il martın 31-də 194 sm), Salyanda 63 sm (2013-cü il martın 31-də 150 sm), Bankədə 195 sm (2013-cü il martın 31-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 32 sm (2013-cü il martın 31-də 85 sm) təşkil edir.