Ölkə əraizisində müşahidə olunan kəskin hava şəraiti haqqında qısa məlumat
31 Mart 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 30-da hava şəraiti kəskin dəyişmiş, yağıntılı olmuş, sulu qar, qar yağmışdır. Bəzi rayonlarda intensiv olmuş, güclü şimal-qərb küləyi əsmişdir.
Qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 42, Xınalıqda 30, Kişçayda 26, Daşkəsən, Göygöldə 22 , Ordubadda 21, Qubada 18, Lerikdə 16, Yardımlıda 14, Rvarud (Lerik), Altıağacda 13, Şəki, Kəlvəzdə 12 , Zaqatalada 11, Naxçıvanda 10, Ağdərədə 8, Şahbuzda 6, Qəbələdə 5, İsmayıllıda 4, Şərurda 3, Biləsuvarda 2, Salyan, Göytəpə, Bakıda 1 sm təşkil etmişdir.
Havanın temperaturu: martın 30-da iqlim normasından 6 dərəcə aşağı olmuş, temperatur Bakıda və Abşeron yarımadasında 1-4, Aran rayonlarında 0-6 dərəcə isti, dağlıq rayonlarda 3-10 dərəcə şaxta müşahidə olunmuşdur.