Xəbərlər

Regionlarda işləyən ekologiya işçiləri də qanvermə aksiyasında iştirak edir

15 Aprel 2020, 10:11

Talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə başladılan aksiyaya, paytaxtda çalışan ekologiya işçilərindən sonra Mingəçevir şəhərində fəaliyyət göstərən ekoloqlar da qoşulub.
Karantin rejiminin tələblərinə əməl etməklə qan xəstəliyindən əziyyət çəkənlərə yardım göstərilməsi üçün başlanan “Könüllü Donor” kampaniyasına  dəstək verən ekoloqlar, sağlamlığı və yaşı qan verməyə uyğun olan hər kəsi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Şirvan, Lənkəran, Quba, Şəki, Mingəçevir, Bərdə və Gəncədə fəaliyyət göstərən bölmələrinə müraciət etməyə və bu aksiyaya qoşulmağa çağırıb.