Təbiətə ziyan vuran şəxs cəzalanıb
11 Aprel 2020, 16:11
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabirabad rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.
Araşdırma zamanı Sabirabad rayonu Moranlı bələdiyyəsinə aid torpaq sahəsində rayon sakini Əlsəfa Salmanov tərəfindən ağac və
kolların kəsildiyi, təbiətə 2640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Faktla bağlı akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin
görülməsi üçün toplanmış sənədlər Sabirabad rayon Prokurorluğuna göndərilib.