Su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizlənib
17 Mart 2020, 16:50
Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Cənub-Muğan kollektorunda keçirilib.
Reyd zamanı kollektorun Cəlilabad və Neftçala rayonları ərazisi və Mahmudçala ovçuluq təsərrüfatının şərq hissəsi balıqların ovlanması üçün qurulan qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib.
Bunu jurnalistlərə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Kənan Kərimli bildirib.
İdarə rəisi hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırıb.