Bakı və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur
12 Mart 2020, 19:40
Bu gün axşam saatlarından başlayaraq Respublika ərazisində meteoroloji şəraitlə (dərin inversiya qatı və nisbi rütubətin artması) bağlı olaraq yenidən Bakı və Abşeron yarımadasında duman müşahidə olunur.
Bunu Milli Hidrometeorologiya Departamentinin hidroloqu Asif Verdiyev bildirib.
O qeyd edib ki, havanın durğun keçməsi ilə eyni zamanda tozun miqdarı da bəzi ərazilərdə normandan bir qədər artıqdır.
Dumanlı hava şəraitinin mart ayının 15-i günorta saatlarına kimi davam edəcəyi gözlənilir.