Hava şəraitinin kəskin dəyişkən keçəcəyi ilə bağlı xəbərdarlıq
27 Mart 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ölkə ərazisində hava şəraitinin kəskin dəyişkən keçəcəyi gözlənilir.
Martın 29-da cənub küləyinin güclənəcəyi, temperatur rejiminin isə nisbətən yüksələcəyi ehtimal olunur. Martın 29-dan 30-na keçən gecədən şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə şiddətlənəcəyi və temperaturun kəskin, 10-14 dərəcə aşağı enəcəyi gözlənilir.
Martın 29-da axşam Respublikanın bəzi şimal və qərb rayonlarında, 30-da isə əksər rayonlarda hava şəraitinin yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur.
Qeyd edək ki, martın 28-də prosesin gedişatından asılı olaraq bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq.