Respublikanın çaylarında mövcud vəziyyət
06 Mart 2020, 12:15
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 140 faizi, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla normanın 40-130 faizi, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük norma daxilində və normadan çox olmaqla normanın 100-110 faizi təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Martın 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 53 faizini təşkil edir. Mövcud vəziyyət 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 113 m3/s olmaqla, ongünlük normanın 47 faizini təşkil edir.
Martın 6-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 19 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 23 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 46,5 m3/s təşkil etməklə ongünlük normanın 56 faizini təşkil edir.
Martın 6-da Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 105 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 63 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 117 m3/s təşkil etməklə ongünlük normanın 70 faizini təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Martın 6-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 333 sm təşkil edib. Bu rəqəm 2019-cu il martın 6-da isə 347 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 8 sm azalaraq 133 sm qeydə alınıb. 2019-cu il martın 6-da isə bu rəqəm 189 sm təşkil edib. Salyan məntəqəsində suyun səviyyəsi 3 sm azalaraq 42 sm təşkil edib. Bu rəqəm 2019-cu il martın 6-da 129 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 3 sm artaraq 38 sm təşkil edib. Bu rəqəm 2019-cu il martın 6-da 35 sm qeydə alınıb. Bankə məntəqəsində isə suyun səviyyəsi 3 sm azalaraq 139 sm qeydə alınıb, lakin bu rəqəm 2019-cu il martın 6-da isə 167 sm təşkil edib.