Bakıda müşahidə olunan dumanın səbəbləri açıqlanıb
26 Fevral 2020, 14:00
Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə hazırda paytaxtda müşahidə olunan duman təbii metereoloji hadisədir.
O qeyd edib ki, havanın rütubətliyinin artması və yer səthinə yaxın təbəqədə temperatur inversiyası qatının olması dumanın əmələ gəlməsinə şərait yaradıb.