Xəbərlər

Ekologiya və Təbii Sərvətlər naziri və nazir müavini vətəndaşları qəbul edəcək

17 Fevral 2020, 17:35

Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar  Babayev 28 fevral  2020-ci il tarixində saat 10:00-da İmişli, Beyləqan və Xocavənd rayonlarının vətəndaşlarını İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: İmişli şəhəri, 20 yanvar prospekti 2) qəbul edəcək.
28 fevral  2020-cu il tarixində, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Füzuli  rayonunun vətəndaşları ilə Horadiz şəhərində yerləşən Muğam Mərkəzində (ünvan: Horadiz şəhəri, Heydər Əliyev Parkı), nazir müavini Rauf Hacıyev isə Zərdab  rayonunun vətəndaşları ilə Zərdab şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev Parkı) görüşəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Şirvan şəhəri, İsmət Qayıbov küçəsi 16) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 012-585-45-47, 055-459-60-00, 050-387-42-26) xahiş olunur.