Görüş keçirilib
14 Fevral 2020, 14:50
14 fevral 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Rüstəm Soli ilə görüş keçirilib.
Görüş zamanı Azərbaycan və Tacikistan Respublikaları arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri və gələcək planlar müzakirə olunub.