Əlcəzairin Azərbaycandakı yeni səfiri ilə görüş keçirilib
30 Yanvar 2020, 12:00
30 yanvar 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhak ilə görüş keçirilib.
Görüşdə Azərbaycan və Əlcəzair arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.