Respublikanın çaylarında mövcud vəziyyət
24 Yanvar 2020, 13:07
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 150 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla normanın 170 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla normanın 90-170 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Yanvarın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 103 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 66 faizini təşkil edir. Mövcud vəziyyət 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 103 m3/s olmaqla, ongünlük normanın 66 faizini təşkil edir.
Yanvarın 24-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 27 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 40 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 56 m3/s təşkil etməklə ongünlük normanın 84 faizini təşkil edir.
Yanvarın 24-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 106 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 76 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 107 m3/s təşkil etməklə ongünlük normanın 77 faizini təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 6 sm azalaraq 390 sm təşkil edib. Bu rəqəm 2019-cu il yanvarın 24-də isə 427 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 217 sm qeydə alınıb. 2019-cu il yanvarın 24-də isə bu rəqəm 313 sm təşkil edib. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 3 sm azalaraq 130 sm təşkil edib. Bu rəqəm 2019-cu il yanvarın 24-də 152 sm qeydə alınıb. Bankədə suyun səviyyəsi 7 sm artaraq 177 sm olub. Məntəqədə suyun səviyyəsi 2019-cu ilin müvafiq dövründə 243 sm qeydə alınıb. Salyan məntəqəsində isə suyun səviyyəsi dəyişməyərək 194 sm olub, bu rəqəm 2019-cu il yanvarın 24-də isə 275 sm təşkil edib.