Xəbərlər

Respublikanın çaylarında mövcud vəziyyət

21 Yanvar 2020, 12:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla normanın 160 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla normanın 120-200 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Yanvarın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma  müşahidə olunub. Hazırda məntəqədə su sərfi 100 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 64 faizini təşkil edir.  Mövcud vəziyyət 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 105 m3/s olmaqla, ongünlük normanın 67  faizini təşkil edir.
Yanvarın 21-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma  müşahidə olunub. Hazırda məntəqədə su sərfi 27 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 40 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 56 m3/s təşkil etməklə ongünlük normanın  84 faizini təşkil edir.
Yanvarın 21-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 106 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın  olmaqla normanın 76 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 114 m3/s təşkil etməklə ongünlük normanın 82 faizini təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 407 sm təşkil edib. Bu rəqəm 2019-cu il yanvarın 21-də isə 435 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 6 sm azalaraq 233 sm qeydə alınıb. 2019-cu il yanvarın 21-də isə bu rəqəm 323 sm təşkil edib. Bankədə suyun səviyyəsi 3 sm azalaraq 180 sm olub. Məntəqədə suyun səviyyəsi 2019-cu ilin müvafiq dövründə 246 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 1 sm azalaraq 139 sm təşkil edib. Bu rəqəm  2019-cu il yanvarın 21-də 163 sm qeydə alınıb. Salyan məntəqəsində isə suyun səviyyəsi dəyişməyərək 182 sm olub, bu rəqəm 2019-cu il yanvarın 21-də isə 286 sm təşkil edib.