Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
17 Mart 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-180, Kiçik Qafqazın çaylarında 40-110, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Martın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 205 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edir. 2013-cü ildə bu göstərici bir qədər çox olmaqla 340 m3/s və ongünlük normanın 127 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 54 m3/s olmaqla, ongünlük normanın 57 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 69 m3/s təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Martın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Araz çayının Novruzlu məntəqəsində 2, Salyanda 3, Bankədə 6 sm azalma müşahidə olunub, Şirvanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 309 sm (2013-cü il martın 17-də 362 sm), Şirvanda 135 sm (2013-cü il martın 17-də 216 sm), Salyanda 62 sm (2013-cü il martın 17-də 218 sm), Bankədə 167 sm (2013-cü il martın 17-də 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 56 sm (2013-cü il martın 17-də 150 sm) təşkil edir.