Xəbərlər

Respublikanın çaylarında mövcud vəziyyət

17 Yanvar 2020, 17:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində yağan yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara ərazisindən axan Lənkərançayda 22, Vəşarüçayda 10, Təngərüdçayda 58, Viləşçayda isə 18 sm artım müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla normanın 170 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla normanın 150-380 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Yanvarın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 123 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 77 faizini təşkil edir. Mövcud vəziyyət 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 122 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir.
Yanvarın 17-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 25 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 37 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 54 m3/s təşkil etməklə ongünlük normanın  81 faizini təşkil edir.
Yanvarın 17-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 112 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın  olmaqla normanın 81 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 114 m3/s təşkil etməklə ongünlük normanın 83 faizini təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 1 sm azalaraq 412 sm təşkil edib. Bu rəqəm 2019-cu il yanvarın 17-də isə 428 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 247 sm qeydə alınıb. 2019-cu il yanvarın 17-də isə bu rəqəm 299 sm təşkil edib. Salyanda suyun səviyyəsi 3 sm azalaraq 204 sm olub. Məntəqədə suyun səviyyəsi 2019-cu ilin müvafiq dövründə 272 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 12 sm azalaraq 189 sm müşahidə olunub. Bu rəqəm 2019-cu il yanvarın 17-də isə 245 sm təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 1 sm azalaraq 137 sm təşkil edib, lakin 2019-cu il yanvarın 17-də 149 sm qeydə alınıb.