Xəbərlər

Respublikanın çaylarında mövcud vəziyyət

13 Yanvar 2020, 17:33

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla normanın 160 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın və norma daxilində olmaqla normanın 80-100 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Yanvarın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 112 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 70 faizini təşkil edir. Mövcud vəziyyət 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 115 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir.
Yanvarın 13-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 28 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 42 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 57,5 m3/s təşkil etməklə ongünlük normanın  86 faizini təşkil edir.
Yanvarın 13-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 112 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın  olmaqla normanın 81 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 110 m3/s təşkil etməklə ongünlük normanın 80 faizini təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 5 sm azalaraq 420 sm təşkil edib. Bu rəqəm 2019-cu il yanvarın 13-də isə 437 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 6 sm azalaraq 263 sm qeydə alınıb. 2019-cu il yanvarın 13-də isə bu rəqəm 323 sm təşkil edib. Salyanda suyun səviyyəsi 3 sm azalaraq 198 sm olub. Məntəqədə suyun səviyyəsi 2019-cu ilin müvafiq dövründə 296 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 187 sm müşahidə olunub. Bu rəqəm 2019-cu il yanvarın 13-də isə 250 sm təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 1 sm artaraq 145 sm təşkil edib, lakin 2019-cu il yanvarın 13-də 160 sm qeydə alınıb.