Xəbərlər

Sürüşmə ərazisində aktivlik qalmaqdadır

10 Yanvar 2020, 10:05

Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində aktivlik qalmaqdadır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəis müavini Əziz Qaralov bildirib. Onun sözlərinə görə  aparılan müşahidələr zamanı sürüşmə sahəsində xırda uçqunlar qeydə alınıb.  Monitorinq və araşdırmalar davam etdirilir.