Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoruna "məcburi göstəriş" verilib
04 Yanvar 2020, 10:13
Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində ötən ilin yazında əkilən ağacların quruması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 qaynar xəttinə daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə bildirib ki, əraziyə keçirilən baxış zamanı həqiqətən də ağacların bir hissəsinin lazımi qulluq göstərilmədiyindən quruduğu müəyyən edilib.
"Faktla bağlı Qoruğun direktoruna qurumuş ağacların yeniləri ilə əvəz olunması və ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə icrası məcburi olan "məcburi göstəriş" verilib."
"ETSN yaşıllıqların, ətraf mühitin qorunması sahəsində əsl vətəndaş mövqeyi nümayiş etdirən, yaşıllıqlara qayğı ilə yanaşan və Nazirliyin işinə dəstək göstərərək ekoloji pozuntularla bağlı məlumatları dərhal bizə çatdıran hər kəsə, o cümlədən media nümayəndələrinə təşəkkürünü bildirir" deyə nazirliyin sözçüsü əlavə edib.