Xəbərlər

Şikayət yerində araşdırılıb

02 Yanvar 2020, 10:10

Bakı şəhəri Xətai rayonu, Nobel prospektində yerləşən köhnə “Luna Park”ın ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Əraziyə keçirilən baxış zamanı daxil olan məlumatın yanlış olduğu, yaşıllıq sahədə ağaclara aqrotexniki qulluq göstərildiyi müəyyən edilib.
“Bioloji inkişafdan qalmış bir neçə qurumuş və aşmış ağacın müvafiq təşkilatlar tərəfindən götürülərək yerinə xan çinarı, sərv və eldar şamının əkildiyi məlum olub”. Bunu jurnalistlərə ETSN-nin 11 saylı regional ekologiya idarəsinin rəisi Əlişah Rəcəbov bildirib.
Onun sözlərinə görə hazırda ərazidə abadlq işləri aparılır, yaşıllıqlara aqrotexniki qulluq göstərilir.