Xəbərlər

Faktiki hava

03 Yanvar 2020, 14:00

ETSN-nin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən yanvarın 02-si axşamdan 03-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçmiş, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağmış, bəzi yerlərdə intensiv olmuşdur. Düşən yağıntının miqdarı
Bakıda və Abşeron yarımadasında: 1.0-2.0 mm;
Lənkəran-Astara zonasında: 7.0-29.0 mm ,
Böyük Qafqazda: 2.0-14.0 mm
Mərkəzi Aran rayonlarında: 1.0-4.0 mm;
Qazax-Gəncə zonasında: 1.0-3.0 mm
Kiçik Qafqazda: 1.0-2.0 mm;
Naxçıvan MR-da: Ağdərədə 1.0 mm olmuşdur.
Qar örtüyünün hündürlüyü: Sarıbaş (Qax), Kişçayda (Şəki) 15 sm, Xaltanda 9 sm, Şamaxıda 8 sm, Şahdağda 7 sm, Altıağacda 6 sm, Qırızıda 5 sm, Xınalıq, Mərəzədə 4 sm, Ağdərə, Göygöldə 2 sm, Qusar, Gədəbəy, Qubada 1 sm-ə çatmışdır.
Temperatur: havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7° isti, aran rayonlarında 2-6° isti, dağlıq rayonlarda 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 9-11°şaxta olmuşdur.