Respublikanın çaylarında mövcud vəziyyət
30 Dekabr 2019, 14:11
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 12 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla normanın 170 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla normanın 30-100 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Dekabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 75 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 147 m3/s olmaqla, ongünlük normanın 101 faizini təşkil edir.
Dekabrın 30-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 30 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 41 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 66,5 m3/s təşkil etməklə ongünlük normanın 91 faizini təşkil edir.
Dekabrın 30-da Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 105 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 80 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 118 m3/s təşkil etməklə ongünlük normanın 90 faizini təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi artaraq 408 sm təşkil edib. Bu rəqəm 2018-ci il dekabrın 30-da isə 452 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 215 sm qeydə alınıb. 2018-ci il dekabrın 30-da isə bu rəqəm 351 sm təşkil edib. Salyanda suyun səviyyəsi 8 sm artaraq 178 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 308 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 1 sm artaraq 172 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il dekabrın 30-da isə 259 sm təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 2 sm artaraq 110 sm təşkil edib, lakin 2018-ci il dekabrın 30-da 178 sm qeydə alınıb.