Xəbərlər

Respublikanın çaylarında mövcud vəziyyət

27 Dekabr 2019, 17:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla normanın 150 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla normanın  30-100 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Dekabrın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 129 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 88 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 145 m3/s olmaqla, ongünlük normanın 99 faizini təşkil edir.
Dekabrın 27-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 30 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 41 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 74 m3/s təşkil etməklə ongünlük normanın  102 faizini təşkil edir.
Dekabrın 27-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 106 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın  olmaqla normanın 81 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 118 m3/s təşkil etməklə ongünlük normanın 90 faizini təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi azalaraq 390 sm təşkil edib. Bu rəqəm 2018-ci il dekabrın 27-də isə 448 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 219 sm qeydə alınıb. 2018-ci il dekabrın 27-də isə bu rəqəm 351 sm təşkil edib. Salyanda suyun səviyyəsi 6 sm azalaraq 166 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 307 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 3 sm artaraq 173 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il dekabrın 27-də isə 263 sm təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 6 sm azalaraq 106 sm təşkil edib, lakin 2018-ci il dekabrın 27-də 190 sm qeydə alınıb.