Xəbərlər

Masallıda müəssisədə sənədləri şübhə yaradan oduncaq aşkarlanıb

24 Dekabr 2019, 10:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Masallı rayonu ərazisində yerləşən ağac emalı müəssisəsində alış sənədləri şübhə yaradan, təxminən, 17 kub metr işlik oduncaq aşkar edilib.
Bunu Nazirliyin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rəfayıl Tahirov bildirib.
O qeyd edib ki, işlik oduncağın haradan gətirildiyini və sənədlərinin qaydada olduğunu dəqiqləşdirmək məqsədilə araşdırma başa çatanadək material Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin anbarına aparılıb.
Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.