Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun İmişli şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

12 Mart 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun İmişli şəhərində İmişli, Saatlı, Sabirabad və Beyləqan rayonlarında yaşayan vətəndaşlarla 14 mart 2014-cü il tarixində nəzərdə tutulmuş görüşü cari ilin 31 mart tarixinə dəyişdirilmişdir. Görüş Heydər Əliyev Mərkəzində (ünvan: İmişli şəhəri 20 yanvar küçəsi) keçiriləcəkdir.
Məlumat üçün qeyd edirik ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlaya bilərlər (ünvan: İmişli şəhəri 20 yanvar küçəsi-11, əlaqə telefonları: 050 463 39 91; 050 677 27 00; 021 24 6 60 52).