Xəbərlər

Respublikanın çaylarında mövcud vəziyyət

16 Dekabr 2019, 12:33

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 130 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda ongünlük normadan çox olmaqla normanın 140 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə ongünlük normadan az və normaya yaxın olmaqla  normanın 30-90 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Dekabrın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində  5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 131 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 84 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövründə 215 m3/s olmaqla, ongünlük normanın 138 faizini təşkil edirdi.
Dekabrın 16-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 29 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 38 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 81 m3/s təşkil etməklə ongünlük normanın  107 faizinə bərabər idi.
Dekabrın 16-da Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 111 m3/s qeydə alınır ki, bu da ongünlük norma daxilində olmaqla normanın 100 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 140 m3/s təşkil etməklə ongünlük normanın 126 faizini təşkil edirdi. 
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 sm azalaraq 353 sm təşkil edib. Bu rəqəm 2018-ci il dekabrın 16-da isə 468 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 8 sm artaraq 155 sm qeydə alınıb. 2018-ci il dekabrın 16-da isə bu rəqəm 345 sm təşkil edib. Salyanda suyun səviyyəsi 2 sm azalaraq 128 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 302 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 157 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il dekabrın 16-da isə 258 sm təşkil edib. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 9 sm azalaraq  30 sm təşkil edib, lakin 2018-ci il dekabrın 16-da 155 sm qeydə alınıb.