Xəbərlər

Laboratoriya Mərkəzi modernləşdirilib

10 Dekabr 2019, 14:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin  Laboratoriya Mərkəzi  modernləşdirilib.
Avropa İttifaqının "Su Təşəbbüsü Plyus” layihəsi çərçivəsində yenidən qurulan laboratoriyada ən müasir su analizlərini aparmaq, Azərbaycanda su hövzələrinin və digər su ehtiyatlarının çirklənmə səviyyəsini, o cümlədən istifadəyə yararlılıq həddini daha dəqiqliyi ilə müəyyənləşdirmək mümkün olacaq. Həmçinin Xəzərə axıdılan transsərhəd çayların suyunun keyfiyyətinə nəzarəti gücləndirməklə dənizin çirkləndirilməsinin qarşısını almağa, sahil və keçid sularının monitorinqinin keyfiyyət səviyyəsinin yüksəlməsini təmin etməyə şərait yaranacaq.
Qeyd edək ki, laboratoriyanın yenidən qurularaq müasir avadanlıqlarla təchiz olunması və potensialının genişləndirilməsi layihəsi Avropa İttifaqının dəstəyi ilə həyata keçirilib.