Xəbərlər

Umayra Tağıyeva: 650 min ağacın əkilməsi istilik effekti yaradan qazların aradan qaldırılması üçün Azərbaycanın bir töhfəsidir (AZƏRTAC)

06 Dekabr 2019, 13:30

Azərbaycanda ilk dəfə belə bir aksiya keçirilir - Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dahi şairimiz Nəsiminin yubileyinə həsr olunaraq 650 min ağac əkilir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin ərazisində keçirilən ekoloji aksiya zamanı deyib.
“Bu tədbir Azərbaycanda ekoloji durumun yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Bildiyiniz kimi bu günlərdə Madriddə İqlim dəyişmələri ilə bağlı konfrans keçirilib. Bütün ölkələrin iqlimə mənfi təsir göstərəcək səbəbləri azaltmaq öhdəlikləri var. Yaşıllıqlar karbon qazının uducuları olduğundan belə ağacəkmə kampaniyaları olduqca vacibdir. 650 min ağacın əkilməsi istilik effekti yaradan qazların aradan qaldırılması üçün Azərbaycanın bir töhfəsidir”, - deyə U.Tağıyeva bildirib.