Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

11 Mart 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-210, Kiçik Qafqazın çaylarında 50-130, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Martın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 200 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edir. 2013-cü ildə bu göstərici bir qədər az olmaqla 157 m3/s və ongünlük normanın 59 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 48 m3/s olmaqla, ongünlük normanın 51 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 69 m3/s təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Martın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 4 sm artım müşahidə olunub, Salyanda və Bankədə isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 314 sm (2013-cü il martın 11-də 417 sm), Şirvanda 140 sm (2013-cü il martın 11-də 298 sm), Salyanda 70 sm (2013-cü il martın 11-də 256 sm), Bankədə 176 sm (2013-cü il martın 11-də 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 87 sm (2013-cü il martın 11-də 188 sm) təşkil edir.