Xəbərlər

Ərazi tullantılardan təmizlənib

05 Dekabr 2019, 16:20

Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin Regional Ekologiya İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı sözügedən ərazidə zibil qutularının olmaması səbəbindən tullantıların pərakəndə şəkildə atılaraq qalaqlandığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib. ETSN-nin əmədaşlarının nəzarəti ilə zibillik sahə Armudpadar bələdiyyəsi tərəfindən təmizlənib.
Tullantıların idarə olunması qaydalarının pozulmasına görə akt  tərtib olunub, əraziyə zibil qutularının qoyulması və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib.
ETSN ətraf mühitin qorunması, təbiətin mühafizəsi və tullantıların düzgün idarə olunması sahəsində əsl vətəndaş mövqeyi nümayiş etdirərək Nazirliyin işinə dəstək göstərən hər kəsə təşəkkürünü bildirir.