Xəbərlər

Altıağac Milli Parkında piyada yürüş keçirilib

25 Noyabr 2019, 10:00

“Sağlam bədən, sağlam ətraf mühitdə formalaşar” şüarı altında Altıağac Milli Parkında piyada yürüş keçirilib.
Yürüşün keçirilməsində məqsəd füsunkar təbiəti olan milli parkın ekoturizm potensialının təbliğ olunması və milli parklara turistlərin marağının artırılmasıdır. Bunu jurnalistlərə açıqlamasında Altıağac Milli Parkının direktoru Göycə Musayev bildirib.
O qeyd edib ki, yürüş etmək üçün gözəl və maraqlı mənzərəsi olan marşrut seçilib və yolboyu iştirakçılara milli parkın flora və faunası barədə məlumat verilib.
“Bu cür kütləvi maarifləndirici və ətraf mühitin mühafizəsinə diqqət çəkən tədbirləri milli park ərazisində müntəzəm keçirmək fikrindəyik. Bununla biz sağlam həyat tərzini təbliğ etmək və belə tədbirlərin keçirilməsi ənənəsini formalaşdırmaq istəyirik”.