Xəbərlər

Respublikanın çaylarında mövcud vəziyyət

02 Dekabr 2019, 16:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 130 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda ongünlük normadan az və norma daxilində olmaqla normanın 30-130 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə ongünlük normadan az və norma daxilində olmaqla  normanın 40-100 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Dekabrın 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində  2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 113 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 72 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövründə 185 m3/s olmaqla, ongünlük normanın 118 faizini təşkil edirdi.
Dekabrın 2-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 40 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 52 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 128 m3/s təşkil etməklə ongünlük normanın  167 faizinə bərabər idi.
Dekabrın 2-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 95 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 88 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 129 m3/s təşkil etməklə ongünlük normanın 119 faizini təşkil edirdi.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 2-da Kür çayının aşağı axınında suyun səviyyəsində Surra məntəqəsi istisna olmaqla azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 330 sm təşkil edib. Bu rəqəm 2018-ci il dekabrın 2-də isə 390 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 4 sm azalaraq 151 sm qeydə alınıb. 2018-ci il dekabrın 2-də isə bu rəqəm 279 sm təşkil edib. Salyanda suyun səviyyəsi 3 sm azalaraq 73 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 245 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 1 sm azalaraq 135 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il dekabrın 2-də isə 221 sm təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 2 sm azalaraq  33 sm təşkil edib, lakin 2018-ci il dekabrın 2-də 93 sm qeydə alınıb.