Xəbərlər

Qətərin Azərbaycandakı yeni səfiri ilə görüş keçirilib

29 Noyabr 2019, 17:50

29 noyabr 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysəl bin Abdullah al Hanzab ilə görüş keçirilib.
Görüş zamanı Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.