Xəbərlər

İstirahət günlərində səyahətə çıxan insanlar üçün hava proqnozu

29 Noyabr 2019, 17:23

Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Havanın temperaturu gecə 4-6, gündüz  10-14, dağlarda gecə 2-5,  gündüz  5-7 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz  11-16 dərəcə isti olacaq.

Aran rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.  Havanın temperaturu gecə 2-6, gündüz  12-17 dərəcə  isti olacaq.

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə  yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə  0-4, gündüz  10-15 dərəcə  isti olacaq.

Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu  gecə 7-9,  gündüz  11-14 dərəcə isti olacaq.