Xəbərlər

Respublikanın çaylarında mövcud vəziyyət

29 Noyabr 2019, 14:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və norma daxilində olmaqla 30-100 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla  60-110 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Noyabrın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 101 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 55 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 188 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir.
Noyabrın 29-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 41 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 51 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 106 m3/s təşkil etməklə ongünlük normanın  131 faizini təşkil edir.
Noyabrın 29-da Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 104 m3/s qeydə alınır ki, bu da ongünlük normadan çox olmaqla normanın 116 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 122 m3/s təşkil etməklə ongünlük normanın 136 faizini təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayaraq 337 sm təşkil edib. Bu rəqəm 2018-ci il noyabrın 29-da isə 406 sm olunub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 151 sm qeydə alınıb. 2018-ci il noyabrın 29-da isə bu rəqəm 279 sm təşkil edib. Salyanda suyun səviyyəsi 2 sm azalaraq 83 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 239 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsində dəyişiklik olmamış 137 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il noyabrın 29-da isə 221 sm təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi dəyişməyərək  47 sm təşkil edib, lakin 2018-ci il noyabrın 29-da 112 sm qeydə alınıb.