Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
07 Mart 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-220, Kiçik Qafqazın çaylarında 50-160, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Ötən gün ərzində Gürcüstan ərazisində yağan yağış nəticəsində Kür çayının Tiflis məntəqəsində suyun səviyyəsinin bir qədər artımı ilə əlaqədər martın 07-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 34 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 210 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2013-cü ildə bu göstərici bir qədər az olmaqla 181 m3/s və ongünlük normanın 75 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 41 m3/s olmaqla, ongünlük normanın 50 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 74 m3/s təşkil edərək ongünlük normanın 89 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Martın 07-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvanda 5, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım, Salyanda 5, Bankədə 2 sm azalma müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 310 sm (2013-cü il martın 07-də 399 sm), Şirvanda 137 sm (2013-cü il martın 07-də 282 sm), Salyanda 70 sm (2013-cü il martın 07-də 260 sm), Bankədə 184 sm (2013-cü il martın 07-də 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 49 sm (2013-cü il martın 07-də 182 sm) təşkil edir.