Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
05 Mart 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2014-cü ilin 16-28 fevral tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 254 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 115 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 57 iş üzrə 86816 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 31 iş üzrə 6363.3 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 148 iş üzrə 53153.99 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 8, icra qurumlarına 17, məhkəmələrə isə 12 iş göndərilib.