Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
03 Mart 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-210, Kiçik Qafqazın çaylarında 100-120, Lənkəran-Astara bölgəsi çaylarında 20-80, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Martın 03-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 153 m3/s olmaqla ongünlük normanın 63 faizini təşkil edir. 2013-cü ildə bu göstərici bir qədər az olmaqla 148 m3/s və ongünlük normanın 61 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 40 m3/s olmaqla, ongünlük normanın 48 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 65 m3/s təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Martın 03-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Salyanda 10, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Şirvanda 1 sm artım müşahidə olunub. Bankədə isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 308 sm (2013-cü il martın 03-də 413 sm), Şirvanda 145 sm (2013-cü il martın 03-də 295 sm), Salyanda 75 sm (2013-cü il martın 03-də 290 sm), Bankədə 181 sm (2013-cü il martın 03-də 237 sm), Araz çayının Novruzlu məntəqəsində isə 62 sm (2013-cü il martın 03-də 188 sm) təşkil edir.