Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov mart ayının 14-də İmişli şəhərində vətəndaşların qəbulunu keçirəcək

03 Mart 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 14 mart 2014-cü il tarixində saat 10:00-da İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: İmişli şəhəri 20 yanvar küçəsi) İmişli, Saatlı, Sabirabad və Beyləqan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: İmişli şəhəri 20 yanvar küçəsi-11, əlaqə telefonları: 050 463 39 91; 050 677 27 00; 021 24 6 60 52) xahiş olunur.